Əmirul-möminin Əlinin (ə) imamət və spesifik fəzilətləri Quran baxışında

Əmirul-möminin Əlinin (ə) imamət və spesifik fəzilətləri Quran baxışında

Xülasə
Quranda olan ən mühüm mövzulardan biri imamət və rəhbərlik məsələsidir. Bu mövzu insanın fərdi və ictimai həyatında olduqca təsirli olmağı ilə yanaşı، insanların hidayət olması üçün də xüsusi əhəmiyyət kəsb edir. Bu cəhətdən onu Quran baxışından tədqiq etmək olduqca zəruridir. 
Qurani-Kərimdə imam Əlinin (ə) imamət və fəzilətləri barəsində çox saylı ayələr mövcuddur. Bu araşdırmanın hasilini üç istiqamətdə izah etmək olar: Birinci: İmam Əlinin (ə) imamət və xilafəti barədə Qurandakı ayələr (Nisa،59; Maidə،67،3 və 55). İkinci: İmam Əlinin (ə) Quranda olan، spesifik xüsusiyyətləri və onun özəl fəzilətlərini bəyan edən “Təthir”، “Mübahilə”، “Məvəddət”، “Xəyrul-Bəriyyə”، “Ləylətul-Məbit”، “Elmul-Kitab” kimi ayələri qeyd etmək olar. Üçüncü: İmam Əlidə (ə) olan digər sifətləri özündə əks etdirən o cümlədən; qiyamətdəki məqamı، möminlərin qəlbindəki məhəbbəti، düşmənləri barəsində olan ayələri vurğulamaq olar. 
Bu yazı təsviri-analitik yanaşma ilə və dini mətnlərdən istifadə edərək، imam Əlinin (ə) Quranda olan imamət və fəzilətlərini mötəbər əhli-şiə və əhli-sünnə mənbələrinə istinadən araşdırır. 
Açar sözlər: Quran، Əli (ə)، imamət، fəzilət
Ön söz
  Allah insanı yaratdığı gündən onu öz başına qoymayaraq onun üçün şəriət və qayda-qanun göndərmişdir. Allahın ədalətli və hikmət sahibi olmasına elə bu məsələ açıq-aydın bir sübutdur. Allah yaratdıqlarına lazım olan bütün nemətləri bəxş etmiş və yüksək zirvələri fəth etmək üçün onlara yol göstərmişdir. Mənəvi nemətlər maddi nemətlərə nisbətən dəyərli olduqundan، insan həyatında yüksək əhəmiyyət kəsb edir. İnsanların hidayəti Allahın bəşərə lütf etdiyi ən dəyərli mənəvi nemət hesab olunur.
Peyğəmbərlərin gəlişi، səmavi kitabların nazil olması və vəsilərin təyini də bu qəbildəndir. Bəşər təfəkkür cəhətdən inkişaf edib formalaşdıqdan və müəyyən lazımı mərhələyə çatdıqdan sonra، Allah sonuncu dinini və sonuncu peyğəmbəri sayılan Həzrət Məhəmmədi (s) insanların hidayəti üçün məbus etmişdir (seçmişdir). Elə bir peyğəmbər ki، insanları hidayət etmək və onları cahillik zülmətlərindən çıxartmaq üçün cani-dildən səy göstərmiş və əlindən gələni bu yolda əsirgəməmişdir. Bir çox ilahi elçilərin gətirdiyi dini və şəriəti qoruyub saxlamaq üçün، canişini olduğu kimi əziz İslam Peyğəmbərinin (s) də canişinləri olub və hal-hazırda da mövcuddur. Onların birincisi əmirul-möminin imam Əli ibni Əbu-Talib (ə) sonuncusu isə insanlığın xilaskarı، yer üzündə ədaləti bərqərar edəcək، İmam Mehdidir (ə.c). Allah bu məqamın (imamət məqamı) əzəmətini bizlərə açıqlamaq üçün Qurani-Kərim də ayələr nazil etmişdir. 
Əksər əhli-sünnə və əhli-Şiə təfsirçilərinin rəyinə əsasən، Quranda neçə-neçə ayə Əli ibni Əbu-Talibin (ə) və digər imamların şəninə، ən əsası da o həzrətin imamət və fəzilətləri bərədə nazil olmuşdur. Peyğəmbər (s) özündən sonra ümmət arasında iki ağır əmanət qoymuşdur ki، müsəlmanlar o həzrətdən (s) sonra yollarını azmasınlar، onlardan biri “Siqli-əkbər” Allahın kitabı Quran، digəri isə “Siqli-əsğər” peyğəmbərin (s) Əhli-beytidir. (Bax: Süleym ibni Qeys Hilali، Əsrari-ali-Məhəmməd، cild-1، səh-17; Xəzzar Razi، Kifayətul-Əsər، səh-87; Hurr Amuli، Vəsailuş-Şiə، cild-27، səh-34; Nişaburi، Əl-Mustədrək ələs-Səhihəyn، cild-3، səh-110; Beyhəqi، Əs-Sunənul-Kubra، cild-10، səh-114)
Əhli-şiə alimləri imamın təyin edilməsində، Allah tərəfindən açıq-aşkar bir nəqli dəlilin (nəss) olmasına etiqad bəsləyirlər. Quranda imam Əli (ə) və digər imamların imamətinə dəlalət edən ayələr vardır. Əhli-sünnə alimləri isə imam təyin edilməsi üçün، fəzilət və spesifik xüsusiyyətlərin onda olmasının zəruri olmasını qeyd edirlər. İmam Əlinin (ə) həm imaməti və həm fəzilətləri haqqında، Quranda kifayət qədər ayələr mövcuddur. (Bax: Muzəffər، Dəlailus-Sidq، cild-2) Deməli hər iki nəzərə əsasən Əli (ə) yeganə insandır ki، onun həm imaməti həm də fəzilətləri hamının qəbul etdiyi Quranda öz əksini tapmışdır. 

این مقاله در جلد سیزدهم کتاب کنگره بازخوانی ابعاد شخصیتی امام علی (ع)‌ موجود می باشد.جهت استفاده از متن کامل مقاله به لینکهای زیر مراجعه کنید